Sirkin direktoru işdən çıxdı

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxıb.

Bu barədə Yenicag.az-a qurumun mətbuat katibi Gülşanə Mustafayeva məlumat verib.

O qeyd edib ki, Elmir Hüseynov iyunun 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda həmin vəzifəni müvəqqəti olaraq direktor müavini Nahid Ağayev icra edir.

Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az saytı yazıb.