Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Şirlər parkdan qaçdı - Əhali təşviş içində

Kamerunun mərkəzində əhalini parkdan qaçan şirlərin qorxusu bürüyüb.

Yenicag.az ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, parkdan qaçan 4 şir yaxınlıqdakı Mbam və Kim şəhərindəki mal-qaraya hücum edərək, 30-a yaxın inəyi məhv edib.

Bölgənin səlahiyyətli nümayəndələri qaçan şirləri tapmaq, xalqı və ferma heyvanlarını şirlərin hücumundan qorumaq üçün şəhərdəki Alman Beynəlxalq İşbirliyi Qurumu ilə axtarış işlərinə başlayıb. İlk öncə qaçan şirlərin sayının iki olduğunu zənn edən park işçiləri pəncə izlərindən və eşidilən kükrəmə səslərindən sonra şəhərdə 4 şir olduğu qənaətinə gəliblər.

Səlahiyyətli nümayəndələr həyəcan içində olan xalqa qorxmamaları və gecə vaxtı evlərindən çıxmamalarını tövsiyə edib.

Tahirə Nur

www.yenicag.az

272
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM