Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək

Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, – deyə T.Əliyev əlavə edib.

Ş.Hüseynov bu gün 95 yaşında vəfat edib.

www.yenicag.az

175
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM