Şirvan Milli Parkına yeni direktor təyin olundu – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına yeni direktor təyin edilib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu vəzifəyə Seymur Kərimov təyinat alıb.

1978-ci il təvəllüdlü Kərimov Seymur Maarif oğlu Salyan şəhərində anadan olub. O, bundan əvvəl Şirvan Milli Parkında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Şirvan Milli Parkı Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonları ərazisində yerləşir.