Şirvan Polis Şöbəsində saxlanılan şəxs öldü

Şirvan Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, ölən şəxsin təcridxanada saxlanılan Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Əbdülrəhmanov Samir Zahir oğlu olduğu bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Həmin şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.