Şirvan sakini binadan yıxılaraq xəsarət aldı

Şirvanda 25 yaşlı gənc 3-cü mərtəbədən yıxılıb.

Yenicag.az-ın məlumatına görə, Şirvan şəhər sakini, 1998-ci il təvəllüdlü Pənahov Pənah Zaur oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA