Şirvanda intihar hadisəsi qeydə alınıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Ağaxan oğlu gecə saatlarında yaşadığı fərdi yaşayış evində özünü asaraq intihar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.