Şirvanda ağac kəsdi – Barəsində akt tərtib olundu

Şirvanda ağac kəsən şəxs cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1120 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan şəhər Prokurorluğuna göndərilib.