!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirvanda avtomobil dirəyə çırpıldı: ölən var

!Reklam – Yazi

Şirvan şəhərində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, “Mercedec” markalı avtomobilin idarəetməsini itirib, avtomobil işıq dirəyinə çırpılıb və bu zaman yanğın baş verib.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən biri, Şirvan sakini, 1989-cu il təvəllüdlü Bəşirova Türanə Vaqif qızı hadisə yerində ölüb. Digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

2205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv