Şirvanda azyaşlının ölümü barədə TƏBİB-dən açıqlama

Sabirabad sakini olan 2 yaşlı uşaq Şirvan xəstəxanasında ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaragüney kənd sakini 2 yaşlı
(2022-ci il təvəllüdlü) T.B. pnevmaniya şübhəsi ilə ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb.

Həkimlərin intensiv terapiya cəhdlərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

***

Sabirabad sakini olan 2 yaşlı uşaq dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma səbəbindən vəfat edib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb”, – deyə məlumatda qeyd olunub.

COP29