Şirvanda azyşalı sirkə turşusu içib

images (1)Azərbaycanın Şirvan şəhərində 2 yaşlı oğlan sirkə turşusundan zəhərlənib.

Şirvan şəhər mərkəzi xəstəxanasından verilən məlumata görə, Hacıqəhrəmanlı qəsəbə sakini, 2013-cü il təvəllüdlü İbrahimov Sədrəddin Qaroğlan oğlu evdə istifadə olunan sirkə turşusu içib. Azyaşlı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir(APA).