Şirvanda yanğın qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Şirvan şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli dördotaqlı evin dam örtüyünün və tavanının yanar kontruksiyaları 80 m² sahədə, içərisində olan ev əşyaları qismən yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.