Şirvanda kişi meyiti tapıldı

Şirvanda mənzildən meyit aşkar edilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 30, mənzil 63 ünvanında 73 yaşlı Cəfər Məmişovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Ehtimal olunur ki, həmin ünvanda yaşayan kişi xəstəlikdən ölə bilər.

Faktla bağlı araşdırma aparılır.