!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirvanda kişi meyiti tapılıb

!Reklam – Yazi

imagesŞirvan şəhərində meyit tapılıb.
Şirvan şəhər Prokurorluğundan verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhərin baş Şirvan kollektorunun sahilində qeydı alınıb. Orada tapılan 30-35 yaşlı, boyu 175 santimetr olan naməlum kişi meyiti Şirvan Pataloji Anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzində müayinə edilib. İlkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Həmçinin meyit müayinə olunarkən bədənində kriminal aləmə məxsus ulduz tatuirovka döymələri aşkarlanıb.
Meyitin kimliyinin müəyyən olunması istiqamətində Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

(apa.az)

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv