Şirvanda maşın piyadanı vurub
Sentyabrın 2-də saat 01 radələrində Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Füzuli Nəcəfov vurulub. Piyada dərhal xəstəxanaya yerləşdirilib.
Şirvan RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.