Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.
Yenicag.az xəbər verir ki, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərfində yerləşən dağlıq ərazidə basdırılıb.
Meyit hüquq-mühafizə orqanları tərəfindən basdırıldığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.
Faktla bağlı araşdırma aparılır./APA/