Şirvanda üçotaqlı ev yandı

Şirvan şəhərində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.