Şirvanda yaşayış binasında yanğın oldu

Şirvan şəhərində yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, şəhərdə 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan geyim mağazasında 10 p.m elektrik kabeli, 1 ədəd kondisioner və qismən geyim malları yanıb. Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.