Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Şirvanda zavodda yanğın - Xəsarət alanlar Bakıya gətirildi

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfər Bakıya gətirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər: “Xəstələrdən birinin bədən səthinin 45, digərinin isə 25 faizi yanıb. Amma həmin yanıqlar ağır dərəcəli yanıqlardır. Hazırda hər iki şəxsin müalicəsi davam etdirilir”.

Xatırladaq ki, sentyabrın 28-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində zavod işçiləri – Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu xəsarət alıb.

Fakta görə Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

www.yenicag.az

1398
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM