Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib – FOTO

Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib.

Yenicag.az xəbər verir ki, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı “Köhnə şəhər” adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb.

Qeyd edək ki, ötən gün saat 22:05-də ölkə ərazisində 5,1 maqnitulalı zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Bildirilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.