Sisi ABŞ-dan kömək istədi

Baş verən qanlı terror hadisəsindən sonra Liviyanı bombalayan Misir Trampdan kömək gözləyir.

Yenicag.Az xarici KİV-ə istinadən xəbər verir ki, Misir dövlət televiziyasında Liviyanın Dərna şəhərində 6 hədəfin vurulduğu bildirilib. Terroristlərin olduğu məkanları vurmaqdan çəkinməyəcəyini deyən Sisi, ABŞ prezideni Donald Trampdan kömək istəyib.

Tramp dünən Misirdə baş verən hadisəni “qəddarlıq” adlandırmış və bu hadisənin ruhunu yasa qərq etdiyini söyləmişdi:

“Bu ortaq düşməni məğlubiyyətə uğratmaq üçün mübarizəyə davam edirik. Prezident Sisi və Misir xalqının yanındayıq.”

Qeyd edək ki, Sisi Riyadda Trampla görüşərkən ona bu sözlərlə müraciət etmişdi: “Siz qeyri-mümkünü gerçəkləşdirməyi bacaran bənzərsiz bir şəxsiyyətsiniz.”

Yenicag.Az

COP29