!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sisinin “taxt”ını silkələyən iş adamı: Məhəmməd Əli Misiri yenidən ayağa qaldırıb

!Reklam – Yazi

Hazırda İspaniyada sürgün həyatı yaşayan Misir hakimiyyətinin qatı əleyhdarı, Məhəmməd Əli ölkədə geniş etiraz dalğası yaradıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, üzləşdiyi təqiblər səbəbindən mühacirət etmək məcburiyyətində qalan 41 yaşlı iş adamı Məhəmməd Əli artıq Misirin ən populyar fiqurlarından birinə çevrilib.

Əli 2013-cü ildə dövlət çevrilişi yolu ilə hakimiyyəti gələn Misir prezidenti Əbdül Fəttah əs-Sisini korrupsiyada ittiham edərək, ölkədə kütləvi etirazların baş qaldırmasına səbəb olub.

Misirli iş adamı bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini və həftəsonu yeni etiraz aksiyalarının təşkilinə çağırış edəcəyini bildirib.

Dünən sosial şəbəkədə 30 dəqiqəlik videomüraciət paylaşan iş adamı bildirib ki, Sisi bu həftə istefa verməyəcəyi təqdirdə, cümə günündən etibarən, ölkənin bütün ərazisində kütəvi nümayişlər təşkil olunacaq. O, Misir ordusunun bütün inşaat layihələrini həyata keçirən “Amlak İnşaat”ın fəaliyyətindəki korrupsiya mexanizmini ifşa edib. İş adamının sözlərinə görə, Sisi və ailəsi dövlət vəsaitlərini Qahirə və İsgəndəriyyə kimi şəhərlərdə lüks inşaat layihələrinə sərf etməkdədir.

Misirlilərin Məhəmməd Əliyə yönəlik marağı sentyabrın 2-də paylaşdığı bir video ilə başlayıb. Sisinin korrupsiyada ittiham olunduğu həmin video “Facebook”da 1,7 milyon dəfə izlənilib. Məhəmməd Əlinin yayımladığı növbəti ifşaedici videolar onu tezliklə Misirin ən məşhur fiqurları ilə bır sıraya qaldırıb.

Firuzə Alimova

www.yenicag.az

2530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv