!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sisiyə tərif yağdıran Tramp Ərdoğan və Putinlə də dostlaşacaqmı?

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Misirin çevrilişlə hakimiyyətə gəlmiş lideri Əbdülfəttah Sisi ilə görüşüb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentlərin Ağ Evdə baş tutan görüşündən sonra Tramp öz sələfi Barak Obamanın “əsər”i hesab olunan Sisini şövqlə tərifləyib.

Sisi ilə seçki kampaniyası müddətində tanış olduğunu deyən Tramp onu özünə yaxın şəxs kimi dəyərləndirib. O, Ağ Evdə keçirilən görüşün nəzərdə tutulduğu müddətdən daha çox davam etdiyini xüsusi vurğulayıb. ABŞ prezidenti əksər məsələlərdə misirli həmkarı ilə mövqelərinin üst-üstə düşdüyünü deyib:

“Kiminsə şübhəsi varsa, hər kəs bilsin ki, Sisi çətin şərtlər altında böyük işlər görüb. Biz Misirin və Misir xalqının arxasındayıq”. Misirlə hərbi əməkdaşlığı ən yüksək səviyyəyə qaldıracaqlarını söyləyən Tramp üzünü Sisiyə tutaraq, “Burada artıq böyük bir müttəfiqimiz var”, – deyib.

Qeyd edək ki, Trampın Misir prezidentinə bu qədər isti münasibəti birmənalı qarşılanmayıb. Trampın öz sələfi Obamanın layihəsi olaraq, ABŞ-ın keçmiş rəhbərliyinin planlaşdırıb-dəstəklədiyi çevriliş nəticəsində hakimiyyətə gələn Sisini “böyük müttəfiq” adlandırması Vaşinqtonun Yaxın Şərq siyasətində ciddi dəyişikliyə gedəcəyi gözləntisini şübhə altına alıb. Hər halda, Tramp seçki kampaniyası müddətində, həm də səlahiyyətlərinin icrasına başladıqdan sonra keçmiş rəhbərliyin “miras”ını aradan qaldıracağını dəfələrlə bəyan etmişdi. Ona görə də, Trampın Misirin qiyamçı general olan indiki prezidentinə belə geniş qucaq açması sıradan hadisə sayıla bilməz. Maraqlıdır ki, Trampın əksər qərar və addımlarını sərt tənqid edən Obama Sisinin ABŞ-a səfərinə heç bir reaksiya verməyib. Bu məqamlar Trampın seçkiqabağı məlum vədlərinin populizm olduğu qənaətini daha da möhkəmləndirib.
Bir məqamı da xatırladaq ki, Tramp Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri qurmaq istədiyini dəfələrlə bəyan edib. Lakin Ağ Evin sahibi adları çəkilən prezidentlərlə hələ ki yalnız telefon danışıqları ilə kifayətlənərək, birbaşa görüşə təşəbbüs etməyib. Bu fonda Sisiyə göstərilən münasibət Trampın dost seçimində ona verilmiş “siyahı”dan kənara çıxa bilmədiyini söyləməyə əsas yaradır. Yəni prezidentliyə namizəd və prezident Tramp arasındakı fərq gün-gündən böyüyür.

A.Zeynalov
Yeniçağ.az

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv