Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sistani İŞID üçün Amerikanımı gözlədi?

llAyətullah Əli Sistani İŞİD-ə qarşı bütün iraqlıların birləşməsini istəyib.

Şiə dünyasının böyük mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani İŞİD-in yaratdığı böyük təhlükə qarşısında bütün iraqlıların birləşməsini istəyib.

Sünni yaraqlıların ölkənin şimalında bir çox yeri ələ keçirmələri Bağdad hökumətini və müttəfiqi ABŞ-ı narahat edir. Sistaninin sözçüsü şiələrin müqəddəs Kərbəla şəhərində verdiyi cümə xütbəsində Sistaninin iraqlı siyasətçilərin yalnız öz mənfəətlərini güddüklərini və İŞİD yaraqlılarının irəliləməsində günahkar olduqlarını da qeyd edib.

IMG-20140525-WA0077Məsələyə münasibət bildirən, araşdırmaçı dinşünas Aqil Ələsgərin sözlərinə görə, “Ayətullah Sistaninin İŞID-a qarşı birlik çağırışı çox müsbət addımdır. Amma nə üçün Obama İŞID-a barmaq silkələyəndən sonra verilib? Əsas sual budur. Amerika barmaq silkələyənə qədər İŞID müsəlman qanı axıtmırdı? Yoxsa Amerikanın yeni Donald Ramsfeldi kuveytli Cavad əl-Mihri vasitəsi ilə Sistani Ağaya 1987-ci ildən bəri göndərdiklərindən yollayıb? Nə yollamışdı?  Amerikanın sabiq müdafiə naziri öz xatirələrində Ayətullah Sistaniyə deyilən tarixdən İraq işğal olunana qədər 200 milyon dollar göndərildiyini yazmış və Sistani ağa da bu gizli ittifaqı təsdiqləmişdi. Sözümün məğzi budur ki, nə qədər ki, müsəlman alimləri haqlı bir məsələdə belə bir yerlərdən işarə gəlmədən fətva verə bilməyəcəklərsə, İŞID kimi qatillər ümməti-İslamı kəsməkdə davam edəcəklər”.

www.yenicag.az

269