“Siti” Superkubokun qalibi oldu

İngiltərə Superkuboku oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən görüşdə “Mançester Siti” və “Mançester Yunayted” üz-üzə gəliblər. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Mançester Siti” 7:6 hesabı ilə qalib gəlib.

“Mançester Siti” – “Mançester Yunayted” – 1:1 (penaltilər seriyası – 7:6)

Qollar: Qarnaço, 82 (0:1), Bernardu Silva, 89(1:1)

“Mançester Siti” tarixində 7-ci dəfə İngiltərə Superkubokunu qazanıb. Turnirdə qələbə sayına görə rekordçu “Mançester Yunayted”dir (18).

COP29