Yəmənli husilər planlarını dəyişmək və ya bundan imtina etmək barədə düşünmürlər. Onlar ballistik və dəniz raketlərini Əl-Hudeydəyə ötürürlər.
Yenicag.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. Mövqelərin gücləndirilməsi iranlı ekspertlər və Hizbullah mütəxəssisləri ilə əməkdaşlıq şəraitində baş verir.
Dünən Amerika-Britaniya zərbələrindən sonra Yəmənin paytaxtı Sənada milyonluq nümayişdə keçirilib. Nümayişdə bir uşaq çıxış edib. Həmin oğlanın çıxışı ərəb Teleqram kanallarında geniş yayılıb.
“Amerikanın çılğın hökmdarlarına deyirəm: bizi təhrik etməyin. Biz cihad dövrünə gəlib cihad və şəhadət üçün sıraya düzülmək arzusu ilə yaşayırıq”, – oğlan deyib.
Xatırladaq ki, bu əyalətdə yanvarın 12-nə keçən gecə ABŞ, Britaniya və onların müttəfiqləri tərəfindən husilərin hərbi obyektləri hücuma məruz qalıb.
Xuraman Etibarlı