!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sivva: “Qadının ağlı emosiyalarına qalib gəlməlidir” - VİDEO

!Reklam – Yazi

“Ətrafımda o qədər xanım var ki, oğlan gedir, qayıdanda onu bağışlayırlar. Amma qadınlar emosiyalarına qalib gəlib, hisslərini idarə etməlidirlər”.

Bunu bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyeva) Yenicag.az-a açıqlamasında deyib.

O, yeni mahnısı ilə qadınlara mesaj göndərdiyini bildirib.

“Hisslərinizə qapanıb səhv etməyin. Burada göstərmişəm ki, bir qadının ağlı emosiyalarına qalib gəlir”.

“Bu sənmisən” adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edən sənətçi ilk dəfə başqa bir bəstəkarın bəstələdiyi mahnını oxuduğunu deyib. Söz və musiqisi İsmayıl Əliyev, aranjimanı Camal Qurbanova aid olan klipin rejissor işi Emin Muradova həvalə edilən ekran işindəki Sivva rəqsi ilə diqqət çəkib:

“Bu rəqsə qısa müddətdə hazırlaşdım. Hələ orada tam olaraq göstərə bilmədim. 1 ay ərzində iki xareoqrafla çalışdım. İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Beş-altı mahnı içərisindən seçdim. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm. Dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı. Komandam hər şeyi təşkil etdi. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf müqabilim Kamil Bayramovla suyun altında əsirdik, hətta ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu. Çoxları şlyapamı da bəyənib. Oradakı saçaqlar da yağışı əks etdirir. Obraz olaraq sevgilimi görmək istəmirəm. Klipin içində ehtiras da var, göz yaşı, təəssüf hissi, sevgi də…”

Cəvahir

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv