Əməkdar artist Elza Seyidcahanın ardınca maddi kömək istəyən sənətçilər sırasına biri də əlavə olunub – müğənni Mətanət Əsədova.
Yenicag.az xəbər verir ki, sənətçi efirdə maddi çətinliklərlə üz-üzə qaldığını bildirib. Müğənni yaşadığı ağır dönəmlərdə Nüşabə Ələsgərli, Vasif Məhərrəmli, Manaf Ağayevin ona maddi kömək etdiyini açıqlayıb.
Qeyd edək ki, ondan bir qədər öncə bəstəkar-müğənni Elza Seyidcahan efirə çıxaraq kömək istəyib. Buna anası Seyidcahan Əhmədovanın obyekti ətrafında yaranan qalmaqal səbəb olub. Belə ki, 6 il öncə icarə kimi obyektini keçmiş yol polisi əməkdaşları olan qardaşlara verən Seyidcahan məkanı geri almaq istəsə də, qarşı tərəf obyektin özlərinə aid olduğunu iddia edib. Elza Seyidcahan obyekt üçün ödəyəcəyi 63 min manatı toplamaq üçün kömək istəmişdi.
Həmin vaxt ona Nüşabə Ələsgərli, Rəqsanə, Damla maddi dəstək olub.
Cəvahir