Ukraynanın hətta NATO silahları ilə belə Rusiyanı məğlub edəcəyi bir ssenari mümkün deyil.
Yenicag.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“NATO-nun yeni təklifi ondan ibarətdir ki, Ukrayna qalib gələnə qədər müharibəni davam etdirmək lazımdır. Həm Böyük Britaniya, həm də NATO müharibənin sonunu tamamilə qeyri-real olan hərbi nəticə ilə əlaqələndirirlər, onun həyata keçirilməsi ehtimalı son dərəcə kiçik, hətta qeyri-realdır. Ukrayna bu müharibədə qalib gələ bilməyəcək… Bu tip müharibələrdə nüvə dövlətini məğlub etmək demək olar ki, mümkün deyil”, – nazir vurğulayıb.
Onun sözlərinə görə, bu münaqişənin döyüş meydanında həlli yoxdur./Apa/