Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Siyasətçilərimiz arasındakı münasibətlər klassik deyil, özəldir" - Melik Yiğitel  

“Beynəlxalq Media Forumu Türkiyə Azərbaycan münasibətləri baxımından çox önəmlidir”

Bu sözləri Yenicag.az-a açıqlamasında Bakıda iyulun 21-də baş tutan Beynəlxalq Media Forumunda iştirak edən “Kanal 24″ün Ankara təmsilçisi Melik Yiğitel deyib.

Melik Yiğitel Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğunun iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib:

“15 iyul Türkiyədə dövlət çevrilişinə cəhd olarkən ilk və ən önəmli dəstəyi Azərbaycandan gördük. Bu məsələdə mediaların üzərinə də çox yük düşür. Hər iki ölkənin media qurumlarının bir-birinə yaxın fəaliyyət göstərməsi işlərin daha da yaxşı getməsi baxımından önəmlidir. Azərbaycan və Türkiyə hər hansı problem olduğu zaman bir-birinə dəstək verən iki ölkədir. Bu səbəbdən də iki dövlət, bir millət deyirik. Bir millətik, eyni qandan gəlirik. Medialarımız, siyasətçilərimiz arasındakı münasibətlər klassik deyil, özəldir”.

Beynəlxalq Media Forumu haqqında isə Melik Yiğitel bunları deyib:

“Bu forum iki dövlətin media qurumlarını bir-birinə yaxınlaşdırması baxımından çox faydalıdır. Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə gələn jurnalistlər var. Bu forum münasibətlərdə olan problemləri aradan qaldıracaq”.

Səxavət Məmməd

www.yenicag.az

4382
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS