!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasətçilərimizdən kimlər Avroliqanın finalını canlı izləyəcək?: “Bilet baha olsa da...”

!Reklam – Yazi

Bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Avropa Liqasının final matçı keçiriləcək.

Yenicag.az siyasətçilərin Avropa Liqasının final oyununu canlı izləmək üçün stadiona gedib-getməyəcəyini müəyyənləşdirməyə çalışıb.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Yox, azarkeş deyiləm və oyuna baxmaq üçün stadiona getmək fikrim yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, bu tip tədbirlər cəmiyyətin idarə olunmasında bir vasitədir. Bunun da əsası Roma imperatoru Konstantin tərəfindən qoyulub.

O, saraydaxili prosesləri, həmçinin də xalqı nəzarətdə saxlamaq üçün müxtəlif yarışlar, tədbirlər təşkil edirdi. Elə Olimpiya oyunları da Konstantinin vaxtında daha geniş yayılmağa başladı. Azarkeş olmasam da, əgər hökumətdən rəsmi dəvət olsaydı, oyuna baxmaq üçün stadiona gedərdim”.


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:

“Final matçını stadiondan canlı izləməyi düşünürdüm. Lakin bu gün axşam canlı efirdə olacağım üçün stadiona gedə bilməyəcəm.

Avroliqanın final oyununa baxmaq üçün hökumətin partiya sədrlərinə rəsmi dəvət göndərməsini gözləmirdim və bunu doğru da saymıram. Çünki bu, UEFA-nın egidası altında keçirilən idman tədbiridir”.

Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn:

“Stadiona getməyəcəm. Final oyununu evdə televizordan izləyəcəm”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev:

“Görüm, bilet tapsam, getmək fikrim var. Mən gəncliyimdə “Neftçi”nin çılğın azarkeşi olmuşam. Hətta bir dəfə “Neftçi” İrəvanda “Ararat”a qol vuranda, necə atılıb-düşdümsə, ermənilər məni balta ilə yaraladılar. O yaranın izi indi də əlimdə qalır.

Dediyim kimi, çalışacam ki, oyuna gedim. Müavinlərim xahiş ediblər ki, onları da aparım. Ancaq biletin qiyməti çox bahadır, gərək bunu nəzərə alaydılar”.

A.Zeynalov

www.yenicag.az

2467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv