Siyasətçini döydükdən sonra yandırdılar: Vəhşət anları kamerada – ANBAAN VİDEO

Meksikada azyaşlı qızın oğurlanması ilə bağlılığı haqqında “WhatsApp”da paylaşılan məlumatdan sonra siyasətçi Daniel Pikazo vəhşicəsinə öldürülüb.

Yenicag.az xəbər verir ki, 31 yaşlı Pikazonun azyaşlı qızın qaçırılmasında əli olduğu ilə bağlı “WhatsApp” qruplarında qaynağı bəlli olmayan məlumat paylaşılıb.

Bundan feyzə gələn kütlə siyasətçiyə hücum edib. Polis müdaxilə etməyə çalışsa da, onu qəzəbli kütlənin əlindən xilas etmək mümkün olmayıb.

Vəhşiləşmiş insanlar Pikazonu döydükdən sonra üstünə benzin tökərək yandırıblar.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, Daniel Pikazo Meksika Parlamentində müşavir işləyib.