Siyasi partiyalar bu hallarda ləğv edilə bilər

Üzvlərinin sayı 4500-dən aşağı olan siyasi partiyalar ləğv edilə bilər.

Yenicag.az xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihəyə əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilər.