Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Siyasi partiyalar haqqında” qanun yenə dəyişdirilir? - Millət vəkilləri xəbərsizdir  

Reklam: Sinerji Pro

Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının dəyişdirilməsi məsələsi təkrar gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə modern.az Milli Məclisdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlığına aid olacaq. Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı bildirilir.

Qeyd edək ki, sözügedən qanuna dəyişikliklərin ediləcəyi haqda xəbərlər artıq xeyli vaxtdır yayılır və mətbuat bu məsələni diqqətdə saxlayır.

Lakin mövzu ilə bağlı fikirlərini soruşduğumuz deputatlar bu barədə məlumatsız olduqlarını bildiriblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik hazırlığından xəbərsizdir:

Fərəc Quliyev

“Belə bir təşəbbüsdən xəbərim yoxdur. Milli Məclisdən də bizə bu barədə məlumat verilməyib.
Ona görə də siyasi partiyalar haqqında qanuna dəyişiklik ediləcəyi barədə nəsə deyə bilmərəm.
Açığı, həmin qanunun indiki vəziyyəti bizi qane edir. Ancaq layihə ilə tanışlıqdan sonra hansı dəyişikliklərin təklif olunduğunu öyrənib, onlara münasibət bildirmək olar.

Bəlkə nəzərdə tutulan dəyişikliklərdə qanunu daha da təkmilləşdirəcək mütərəqqi müddəalar var”.

Sosial-Demokrat Partiyasının (ASDP) sədri, parlamentin deputatı Araz Əlizadə də Yenicag.az-a açıqlamasında haqqında danışılan məsələdən məlumatsız olduğunu deyib:

Araz Əlizadə

“Siyasi partiyalar haqqında indiki qanuna iradımız yoxdur, orada bütün məsələlər nəzərə alınıb.
Bu qanuna dəyişiklik ediləcəyi barədə məlumatdan xəbərsizəm. Məsələ bizim müzakirəmizə çıxarılanda, layihəyə baxıb fikrimizi bildirəcəyik”.

A. Zeynalov

www.yenicag.az

1321
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM