“Siyasi partiyalar haqqında” yeni qanun təsdiqləndi

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.