!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi partiyalar və BÜDCƏ MÜZAKİRƏLƏRİ: “Deputatların belə qanunvericilik təşəbbüsü hüququ yoxdursa...” – RƏY

!Reklam – Yazi

“Mövcud təcrübə də göstərir ki, dövlət büdcəsi layihəsi hazırlanarkən yalnız inzibati strukturların mövqeyi nəzərə alınır”.

Bu fikirləri ölkədə fəaliyyət göstərən siyasi partiyaların artıq Milli Məclisdə birinci oxunuşdan keçmiş 2023-cü il dövlət büdcəsi layihəsi ilə bağlı mövqe bildirməmələrinin səbəblərindən danışan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, parlamentdən kənarda qalan siyasi partiyaların büdcə müzakirələrinə münasibət bildirmələri real nəticələri olacaq bir gediş kimi görünmür:

“İlk əvvəl onu təəssüflə qeyd edim ki, ölkədə baş verən siyasi proseslərdə partiyaların mövqeyi ya nəzərə alınmır, ya da formal xarakter daşıyır. Ona görə də siyasi partiyalar ölkə əhəmiyyətli bir çox məsələlərə, xüsusilə də Milli Məclisdə müzakirə edilən məsələlərə münasibət bildirməyi önəmsəmirlər, bundan yan keçirlər.

Çünki parlamentin daxili Əsasnaməsinə görə, hətta Milli Məclis deputatlarının belə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti yoxdur. Yəni onlar hər hansı qanun layihəsi hazırlayıb təqdim edə bilməzlər.

Belə olduqda, Milli Məclisdən kənarda qalan siyasi partiyaların büdcə müzakirələrinə münasibət bildirmələri real nəticələri olacaq bir gediş kimi görünmür.

Mövcud təcrübə də göstərir ki, dövlət büdcəsi layihəsi hazırlanarkən, yalnız inzibati strukturların mövqeyi nəzərə alınır. Bu isə büdcə layihəsinin yalnız rəqəmlərin dəyişdirilməsi, bəzi xərclərin artırırılması, bəzilərinin isə azaldılması şərtilə bir ildən digər ilə ötürülməsi anlamına gəlir.

Ümumiyyətlə isə partiyaların büdcə müzakirələrindən kənarda qalmaları ona dəlalət edir ki, siyasi qüvvələr həmin layihənin qəbulundan sonra əhalinin vəziyyətinin yaxşılaşmasına şübhə ilə yanaşırlar”.

A.Zeynalov

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv