!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyaların inkişafı üçün proporsional seçki sistemi bərpa olunmalıdır, amma...” - İlyas İsmayılov

!Reklam – Yazi

“Bütün problemləri birdən həll etmək olmur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakimiyyətin ölkədə sisyasi sistemin inkişafına təkan verəcək mümkün addımlarını dəyərləndirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

İlyas İsmayılov bu çərçivədə ciddi gözləntilərinin olmadığını vurğulayıb:

“Biz həmişə qeyd etmişik ki, siyasi partiyaların inkişafı üçün proporsional seçki sistemi bərpa olunmalıdır. Biz bunu tələb edirik. Bunu gerçəkləşdirsələr, çox şad olarıq. Amma bunu edəcəklərini gözləmirəm.

Digər tərəfdən, bütün problemləri birdən həll etmək də olmur. İndi əsas diqqət Qarabağda bərpa-quruculuq işlərinə yönəldilibsə, buna sevinmək lazımdır”.

A.Zeynalov

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv