Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsini həyata keçirdi – FOTOLAR

Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant hesabına “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində mərkəzi icra hakimiyyəti və digər dövlət qurumlarının ictimaiyyətlə əlaqələr fəaliyyətlərinin monitorinqi həyata keçirilir və hər birində monitorinqin nəticələrinə dair görüş və seminar təşkil olunur.

Növbəti belə görüş Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyində baş tutub. Görüş zamanı, nazirliyin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyəti müzakirə olunub, nazirlik və nazir Emin Əmrullayevin 2024-cü ilin ilk 6 ayında media indeksi nəzərdən keçirilib, nazirliyin saytı, rəsmi sosial şəbəkə profillərinin göstəriciləri barədə fikir mübadiləsi aparılıb.

Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov nazirliyin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətini yetərincə qənaətbəxş kimi qiymətləndirib, bu işin daha da səmərələşdirilməsi istiqamətində mərkəzin hazırladığı tövsiyyələri nazirliyin müvafiq qurumunun rəhbərliyinə çatdırıb.