Siyasi Texnologiyalar Mərkəzi Səhiyyə Nazirliyində görüş keçirdi

Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant hesabına “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsini həyata keçirir.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində 11 mərkəzi icra hakimiyyəti orqanı və Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr fəaliyyətinin monitorinqi həyata keçirilib və hər birində monitorinqin nəticələrinə dair görüş və seminar təlimlərin təşkil olunması nəzərdə tutulur.

STM-in növbəti görüşü Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində olub. Görüş zamanı, nazirliyin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyəti müzakirə olunub, nazirlik və nazir Teymur Musayevin media indeksi nəzərdən keçirilib, nazirliyin saytı, rəsmi sosial şəbəkə profillərinin göstəriciləri barədə fikir mübadiləsi aparılıb.

İnteraktiv şəkildə keçən görüş maraqlı fikir mübadiləsi ilə başa çatıb.

COP29