!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasilərimiz “vorzakon” yazılarının gündəmi işğal etməsinə necə baxırlar? – Sorğu

!Reklam – Yazi

 

98963429Arif Hacılı: “Qadağa qoyulmayan mövzulardan olduğundan…”

Mirmahmud Mirəlioğlu: “Deməli insanlar nəyinsə axtarışındadırlar”

İqbal Ağazadə: “Hüququn işləmədiyi yerlərdə problemlər bu tip şəxslər vasitəsilə həll olunduğundan həmin adamlar da gerçək avtoritet olur və belədə sözügedən təbəqə əhalinin diqqətini cəlb edən qrupa çevrilir”

Sərdar Cəlaloğlu: “Deməli cəmiyyət özü “vor zakon” qanunları ilə yaşayan, onun təsirini mənimsəmiş bir cəmiyyətdir”

Kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü son günlər Azərbaycan cəmiyyətində geniş müzakirə mövzusuna çevrilib. Ölkədə çoxsaylı digər həlli vacib problemlər ola-ola, cəmiyyətin diqqəti onlara deyil, məhz kriminal avtoritetin ölümü və onun dəfni məsələlərinə yönəlib. Görəsən,  cəmiyyətimizdə kriminal avtoritetə bu qədər diqqət nədən qaynaqlanır?

arif-hacili_2013120612Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, kriminal avtoritetlərlə bağlı məsələlər qadağa qoyulmayan mövzular sırasında yer aldığından cəmiyyətin də diqqəti məhz həmin istiqamətə yönəlib: “Kriminal avtoritetlərlə bağlı mövzular qadağa qoyulmayan mövzulardan biridir. Fikrimcə, cəmiyyətin də məhz həmin mövzuya diqqət ayırması məhz bununla bağlıdır”.

mirmahmud-mirKXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd etdi ki, insanlar öz hiss, enerji və arzularını sərf etmək axtarışındadır və bu fonda da çıxış yolunu məhz kriminal avtoritetlərlə bağlı məsələlərə diqqət ayırmaqda görürlər: “Fikrimcə, mətbuat bu məsələdə gördüyünü yazır. Bir adamın dəfnində 10 min adamın iştirak etdiyini yazırlarsa, mətbuat da bunu görməzdən gələ bilməz deyə yazır. Amma kriminal avtoritetlərə bu diqqətin nədən qaynaqlandığı məsələsinə gəldikdə, deməli insanlar nəyinsə axtarışındadırlar.

Onlar öz hisslərini, arzularını, enerjilərini sərf etmək axtarışındadırlar. Ola bilsin əsas məsələ də budur. Mətbuat da bu məsələdə artıq planlı şəkildə işləməyə başlayır. Məsələn, hakimiyyətə yaxın mətbu orqan Lənkəranskinin dəfnindən canlı reportaj da yayır və zənnimcə düz də edir. Yəni oxucunu toplayır, xəbərin ardınca gedir, informasiya yayır. Dünya mediası da belə məsələlərdə hadisə ardınca gedir. Rus, Türkiyə mediası da bu məsələdən yazıb. Azərbaycanda isə bu fonda digər həyatı vacib problem və məsələlər ona görə kənarda qalır ki, sanki digər problemlərin həllində ancaq həmin avtoritetlər bir iş görə bilər və görə bilərdilər. Ona görə də Azərbaycan cəmiyyəti indilikdə əsasən kriminal avtoritetlərlə bağlı məsələlərin arxasınca gedir”.

Iqbal-AgazadeÜmid Partiyasının sədri İqbal Ağazadə isə kriminal avtoritetə bu cür diqqətin ayrılmasını vaxtilə postsovet məkanında yaranmış özünəməxsus xüsusiyyətlərlə əlaqələndirdi: “Cəmiyyətin diqqətinin digər məsələlər deyil, məhz kriminal avtoritetlə bağlı olan məqamlara yönəlirsə, burada kütləvi informasiya vasitələrinin rolu da az deyil.  Bir xəbər saytı gün ərzində 20 dəfə eyni mövzu ətrafında xəbər qoyursa təbii ki, xəbərin aktuallığı da oxucunun diqqətini cəlb edir. Kütləvi informasiya vasitələri belə xəbərləri şişirdir və belədə insanları da həmin xəbər ətrafına toparlaya bilir. Amma hər halda cəmiyyətdə belə ab-havanın yaranmasının başqa nüansları da var. Xüsusən postsovet ölkələrində kriminal avtoritetlərlə bağlı məsələlər münasibətlər müstəvisindən daha çox bu şəkildə həll olunduğundan insanlar da problemlərini məhz onlar vasitəsilə həll etməyə üstünlük verib. Rusiya bazarlarında bizneslə məşğul olan təbəqə uzun müddət problemlərini hüquq-mühafizə orqanları vasitəsilə deyil, avtoritet tipli adamlarla həll etməyə çalışıb və belədə müvəfəqiyyətə məhz bu yolla nail olublar. Yəni hüququn işləmədiyi yerlərdə problemlər bu tip şəxslər vasitəsilə həll olunduğundan həmin adamlar da gerçək avtoritetə çevrildilər. O baxımdan da sözügedən təbəqə əhalinin diqqətini cəlb edən qrupdur”.

serdarcelalogluesasADP sədri Sərdar Cəlaloğlu yaranmış vəziyyəti cəmiyyətin deqradasiyaya uğramasının nəticəsi hesab edir: “Cəmiyyətimiz alim, böyük şair, siyasi xadim, sərkərdələr öləndə onu o qədər də müzakirəyə çıxarmır, nəinki bir “vor zakonun” ölümünü. Azərbaycan xalqının qarşısında böyük xidmətləri olan şəxsiyyətlər vəfat edib, amma onların heç biri bu qədər müzakirə olunmur, ancaq Lənkəranskinin ölümü müzakirə olunursa, deməli cəmiyyət özü “vor zakon” qanunları ilə yaşayan, onun təsirini mənimsəmiş bir cəmiyyətdir. Bu da hakimiyyətin apardığı yanlış siyasətin ən ciddi təzahürlərindən biridir ki, cəmiyyət assosial bir şəxsin ölümü ilə bağlı məsələyə daha çox reaksiya verir, nəinki ölkəmiz üçün yararlı olan, həyatını, yaradıcılığını cəmiyyətə həsr etmiş bir adama”.

ELÇİN

www.yenicag.az

1354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv