Siyavuş Derəxti: “60 milyon azərbaycanlı var dünyada, ancaq…” – VİDEO

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin 3 avqust tarixində keçirdiyi Mükafatlandırma Mərasimində iştirak etmək üçün vətənə gələnlərdən biri də İsveçli sosial fəal Siyavuş Derəxtidir.

Siyavuş Derəxti Yenicag.az-a müsahibə verib.

“Azərbaycan mənim doğma vətənimdir” deyən İsveçli sosial fəal bildirib ki, diaspora təşkilatlarımız bir-birini qırır:

“Son zamanlara qədər diasporamızın fəaliyyətindən yaxşı heç nə demək olmazdı. 60 milyon azərbaycanlı var dünyada, ancaq diaspora təşkilatlarımız bir-birini qırır. Adlarını çəkməyim, bəziləri də kənardan baxıb bizə gülür. Son 2-3 il ərzində yaxşılaşma var, ancaq tam diaspora kimi fəaliyyət göstərə bilmirik”.

Siyavuş Derəxti ilə geniş müsahibəni videodan izləyə bilərsiniz:

Səxavət Məmməd