Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Siyavuş Novruzov: "Bizi söyənlərə 20 qat artıq cavab verməliyik" - VIDEO

Reklam: Sinerji Pro

13:18

YAP-çı deputat siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini təklif edib.

Yenicag.az xəbər verir ki, bu gün keçirilən Milli Məclisin növbəti plenar iclasında YAP-çı millət vəkili Siyavuş Novruzov müxalifətin gizli maliyyə mənbələrinin aşkar edilməsinin vacibliyini bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, müxalifət xaricdən aldıqları pullar hesabına cəmiyyətdə qarışıqlıq yaratmağa çalışır. Bu fəaliyyətə son qoymaq üçün onların maliyyə mənbələrinin aşkarlanıb, zərərsizləşdirilməsi vacibdir:

“Onlar üçün heç bir dövlət, xalq anlayışı yoxdur. Ancaq maddi dəyər anlayışı var. Xaricdən pul alaraq ölkədə qarışıqlıq salmağa çalışırlar. Siyasi partiyalar haqqında qanuna ciddi dəyişiklik edilsin, yaxud qanun yenidən hazırlansın”.

Siyavuş Novruzov daha sonra Milli Məclisə qarşı səslənən ittihamlara dair deputatların çoxunun səssiz qalmasından gileylənib:

“Çoxları hesab edir ki, Milli Məclis haqqında kimsə nəsə deyirsə, buna Siyavuş Novruzov cavab verməldir, ya da başqaları. Onlar öz yaxalarını kənara çəkirlər. Bu Milli Məclis hamımızındır. Əgər bizi söyürlərsə, onlara 20 qat artıqlaması ilə cavab verməliyik ki, yerlərini bilsinlər”.

Siyavuş Novruzov: “Bizi söyənlərə 20 qat artıq cavab verməliyik” – VİDEO

www.yenicag.az

3723
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM