Siyavuş Novruzov danışdı: “Partiya nə məsləhət bilibsə, onu da edib”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisini Regional məsələlər üzrə iş Komitəsinin sədri Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə partiyadan töhmət alıb.

Yenicag.az-ın bu barədə sualını cavablandırmaq istəməyən Siyavuş Novruz aldığı partiya cəzasına lakonik münasibət bildirib:

“Bu iş oldu, bitdi. Bu barədə heç nə danışmaq istəmirəm. Partiya nə məsləhət bilibsə, onu da edib”.

Qeyd edək ki, Siyavuş Novruzov Millin Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin avqustun 18-də keçirilmiş toyunda iştirakına və daha sonra bu davranışına haqq qazandırdığına görə partiya cəzası alıb.

Aqil Bəkir

COP29