Siyavuş Novruzov namizəd olmayacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib. İclasda bir sıra məsələlərə, o cümlədən Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvlərinin adları açıqlanıb.

Deputatlar Siyavuş Novruzov və Sevinc Hüseynovanın adı həmin siyahıda yer alıb. Onların adının həmin siyahıda olmasına görə, növbədənkənar parlament seçkilərində namizəd olub-olmayacaqları diqqət çəkib.

S.Novruzov “Unikal”a açıqlamasında bildirib ki, bu məsələnin ona aidiyyəti yoxdur:

“Bu, seçkinin keçirilməsinə kömək və təşkilatçılıq işidir. Partiya məsləhət biləcəksə, namizədliyimi irəli sürəcək”, – deyə o qeyd edib.

COP29