!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyavuş Novruzov nazir Sahil Babayevi “vurdu”: “O insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq”

!Reklam – Yazi

“Bu şəriatdə həmin vətəndaşların çoxu sosial pensiya ilə təmin oluna bilər”.

Yenicag.az xəbər verir ki, Milli Məclisin iyunun 8-də keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov mövcud şəriatdə on minlərlə vətəndaşın əlillik dərəcələrinin ani qərarla ləğvinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini hədəfə alıb.

Siyavuş Novruzovun sözlərinə görə, əlilliyi ləğv olunmuş vətəndaşlara heç olmasa, daha 2 ay müavinət ödənilməsi təmin edilməlidir:

“Çünki durduqları yerdə həmin insanların əlilliklərinin ləğv edilməsi problem yaradır. Çünki onlar aldıqları o təqaüdlə dolanırdılar.

Amma indi biz belə bir vaxtda əlillik dərəcəsini ləğv edirik və başlamışıq o insanların evinə gələn çörəkpulunu kəsməyə. Bunu nə vaxtsa etmək olardı. Amma bu, indinin məsələsi deyil. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı ciddi iş aparılmalıdır.

Bu şəraitdə həmin vətəndaşların çoxu sosial pensiya ilə təmin oluna bilər. Lakin dövlətin də pandemiyada vətəndaşlara 190 manat yardım göstərdiyi bir şəraitdə əlillik dərəcələrinin ləğvi insanları çox çətin vəziyyətə salır.

www.yenicag.az

2898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv