Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Siyavuş Novruzov istefa verdi

Reklam: Sinerji Pro

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Bu barədə Yenicag.az-a YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, S.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının karantin qaydalarının pozularaq təşkil olunduğu toy mərasimində iştirak edib.

Nəticədə S.Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.

www.yenicag.az

673