“Bu yaxınlarda amnistiya gözlənilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib.
“Sənədlərə baxılır, kim əməlindən peşmandırsa, kimin cəzası ictimai təhlükə yaratmırsa, onlar əfv olunur. Onların azad olunmasını istəməyən bir nömrəli şəxslər özünü müxalifət adlandıranlardır. Çünki o adamların adından istifadə edərək Avropadan qrantlar alırlar. Halbuki, onların heç biri siyasi baxışlarına görə yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb olunub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən bu tərəfə 70-dən artıq əfv, 13-ə yaxın amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Azərbaycan hakimiyyəti humanist addımlar atır. Müxalifət də bundan narahat olur. Çünki bu qərarlar onların qarşıya qoyduqları məkirli siyasəti darmadağın edir”,- deyə Novruzov fikrini tamamlayıb.
Emin Səfərov