Siyavuş Novruzovdan Eynulla Fətullayev və Qüdrət Həsənquliyevə göndərmə – “Bulanıq suda balıq tutanlar”
Millət vəkili Siyavuş Novruzov jurnalist Eynulla Fətullayev və həmkarı Qüdrət Həsənquliyevə üstüörtülü cavab verib.
Yenicag.az xəbər verir ki, bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında millət vəkili Siyavuş Novruzov bir neçə gün öncə Eynulla Fətullayevin saytında yayımlanan Qüdrət Həsənquliyevin “Rusiya Ermənistanın arxasında durduğu üçün, Qarabağı faktiki olaraq Rusiya işğal edib” fikrinə cavab verib.
YAP-ın icra katibinin müavini bildirib ki, bəziləri bulanıq suda balıq tutmaq istəyir:
“Gürcüstanda prezident seçkilərində erməni barmağı görünür. Rusiyada, İranda Azərbaycana qarşı bir qrup şəxs aktiv şəkildə fəaliyyət göstərir. Bütün bunların fonunda sensasiya xətrinə fikirlər yayılmamalıdır. Bir jurnalistə, bir ermənipərəst siyasətçinin əlinə fürsət verməməliyik”.
Siyavuş Novruzovun bu fikri Qüdrət Həsənquliyev və Eynulla Fətullayevə cavab kimi dəyərləndirilib.