“Mən Siyavuş Novruzovun düşdüyü bu hala təəssüf edirəm”.
Bu sözləri Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev aralarında yaşanan gərginliklə bağlı həmkarı Siyavuş Novruzovun onun barəsində dediklərinə cavab olaraq Yenicag.az-a açıqlamasında deyib.
O, məsələnin böyüməsinə ehtiyac olmadığını diqqətə çatdırıb:
“Sadəcə təəssüf edirəm. Təəssüf edirəm ki, bu cür ifadələr işlədib. Eşitdiyimə görə, “gözünün içinə qədər yalan danışır” ifadəsini də hardasa işlədib. Deyib də, o məni bu formada aşağılamaqla səhvə yol verir. Sadəcə mən onun düşdüyü bu hala təəssüf etdim. Əslində, gərək bu cür ifadələr işlətməsin ki, özü pis duruma düşməsin. Sonra da o pis vəziyyətdən qurtulmaq üçün yeni bəhanələr axtarıb tapmağa ehtiyac duymasın. Hər bir halda, bir daha təəssüf edirəm. Başqa da heç nə demək istəmirəm. Bu mövzunu böyütməyə ehtiyac görmürəm”.
Nurlan Cəfəri