Siyəzəndə 16 yaşlı gənci avtomobil vurub.
Yenicag.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. 2006-cı il təvəllüdlü Əkbərli Mehdi Elvin oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb, sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.